Gündəm

Mübariz Mənsimov Prezidentə məktub yazdı

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu göndərib.

ENA.az xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan.

Siz təkcə çağdaş tariximizin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən, liderlərindən birisiniz. Sizin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləriniz o qədər böyükdür ki, xüsusi təmtəraqlı ifadələrə yer vermədən gerçəklikləri, şahidi və iştirakçısı olduğumuz hadisələri xatırlamaq Sizin kimi tarixi şəxsiyyətin siyasi portretini təqdim etmək üçün yetərlidir.

44 günlük Vətən müharibəsindən sonra bir azərbaycanlı kimi ən çox qürur duyduğum məqam odur ki, mən artıq ərazisinin bir hissəsi işğal altında olan ölkənin deyil, mərd oğullarının qanı və canı hesabına bütövlüyünü qazanmış Vətənimin zərrəsiyəm. Müasir dünyada “qalib” sözünü işlətmək asandır, lakin bir ölkəni, bir milləti qalib etmək olduqca çətin, bəlkə də qeyri-mümkündür. Buna nail olmaq üçün Azərbaycana sərkərdə lazım idi. Biz çox xoşbəxt xalqıq ki, Siz, Azərbaycan xalqının Ali Baş Komandanı bunu bacardınız. Böyük Zəfər, xalq, dövlət və ordunun “Dəmir yumruq” kimi birliyi, nəhayət, “Qalib Azərbaycan” adlı əsərin müəllifi məhz Sizsiniz!

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, o cümlədən mən sonsuz qürur hissi ilə bəyan edirik ki, Sizin ardıcıl fəaliyyətiniz, gərgin zəhmətiniz nəticəsində “Azərbaycan” adlı qalib Vətənin parçasıyıq. Hər bir azərbaycanlıya bu xoşbəxtliyi yaşatdığınız üçün Sizə minnətdaram, cənab Prezident!

“Palmali” Şirkətlər Qrupu və öz ailəm adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, məsuliyyətli və şərəfli ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)