Qarabağ

Putin Əliyev və Paşinyanla ayrılıqda görüşəcək - Peskovdan Açıqlama

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrılıqda ikitərəfli görüşlər keçirəcək.

ENA.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Yox, üçtərəfli görüş olmayacaq, amma ikitərəfli təmaslar, əlbəttə ki, bu qeyri-formal sammitdə yerini alacaq", - sözçü bildirib.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi olaraq Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)