Sənaye

Rusiya Azərbaycanla təbii qaz tədarükünün artırılması barədə razılığa gəlib

Rusiya Azərbaycanla qaz tədarükünün artırılması ilə bağlı razılığa gəlib.

ENA.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Gələcəkdə Azərbaycan qaz hasilatını artırdıqda biz svop əməliyyatları müzakirə edə biləcəyik”, - Rusiya rəsmisi deyib.

O, həmçinin qeyd edib ki, Rusiya Qazaxıstan və Özbəkistan nümayəndələri ilə də bu ölkələrin daxili bazarlarına qaz tədarükünün artırılmasına dair danışıqlar aparır.

Novak, eyni zamanda vurğulayıb ki, Rusiya uzunmüddətli perspektivdə Əfqanıstan və Pakistana təbii qaz ixrac edə bilər.

Bundan əvvəl Novak bildirmişdi ki, Rusiya avropalı istehlakçılarla bu ölkədə qovşaq yaradıldıqdan sonra Türkiyə vasitəsilə qaz nəqlinin artırılmasını müzakirə edir və Yamal-Avropa qaz kəməri ilə regiona qaz nəqlini bərpa etməyə hazırdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)