Gündəm

Aleksandr Novak: “Rusiya təbii qazın qiymət həddi tətbiqinə neft tədarükünə qadağa ilə cavab verəcək”

“Rusiya Avropa İttifaqının (Aİ) tətbiq etdiyi maksimum qiymət həddinə əməl olunmasını tələb edəcək ölkələrə neft və neft məhsulların tədarükünə qadağa qoyacaq”.

Bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

O bildirib ki, bu qərarla əlaqədar Rusiya neft hasilatını azaltmağa hazırdır: “Belə ki, artıq 2023-cü ilin əvvəlində neft hasilatı 5-7 % azaldıla bilər”.

Xatırladaq ki, G7 ölkələri, eləcə də Avropa İttifaqı (Aİ) və Avstraliya dekabrın 5-də Rusiya neftinin yuxarı qiymət həddininin 1 barel üçün 60 dollar müəyyən edilməsi barədə qərara gəlib. Dünən isə Rusiya Prezidenti Vladimir Putin bununla əlaqədar cavab tədbirlərini nəzərdə tutan fərman imzalayacağını bəyan edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)