MALİYYƏ

Maliyyə Monitorinq Xidmətinə sədr təyin edildi

Zaur Fəti-zadənin Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 22 dekabr 2022-ci il tarixində sərəncam imzalayıb.

ENA.az bunu Azərbaycan Prezidentinin bu gün imzaladığı sərəncama istinad edir.

“Zaur İntiqam oğlu Fəti-zadə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilsin”- deyə, sərəncamda deyilir.

Qeyd edilir ki, Sərəncam imzalandığı gündən qüvvəyə minir.

O, bundan əvvəl Dövlət Vergi Xidmətinin İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət departamentinin baş direktoru idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)