Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
"Sülh müqaviləsinə dair təklifləri Azərbaycana təqdim etmişik" | ENA.az
Qarabağ

"Sülh müqaviləsinə dair təklifləri Azərbaycana təqdim etmişik"

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Qarabağ problemindən danışıb.

ENA.az-ın məlumatına görə, Paşinyan bildirib ki, “Qarabağ probleminin həllində beynəlxalq ictimaiyyətin fəallığı artırılmalıdır”.

“Dağlıq Qarabağa və Laçın dəhlizinə BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının göndərilməsi üçün fəal işləmək lazımdır”, - baş nazir vurğulayıb.

O qeyd edib ki, Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib.

“Biz bu məzmunla bağlı müqavilə imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın reaksiyası müsbət olacaq”, - Paşinyan bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)