Elşad Nuriyev “Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri təyin edildi
“Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru dəyişib.
Məlumata görə, Elşad Nuriyev Nuru oğlu Zavodun icraçı direktoru təyin edilib.
O, bu vəzifədə İmanverdi Həsənov Əliqulu oğlunu əvəzləyib.
Elşad Nuriyev 2022-ci ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Bundan öncə “Synergy Group” ASC-nin İdarə Heyətinin üzvü, “PMD Group”a yaxın şirkət olan “Agrarco” MMC-nin Direktorlar Şurasının sədri vəzifələrində çalışıb.
Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” MMC 2011-ci ilin mayında yaradılıb. Onun 446.97 milyon dollar nizamnamə kapitalı var və kapitalının da 70.21%-i SOCAR-a məxsusdur.