Paşinyan Təhlükəsizlik Şurasını yenidən topladı
Ermənistanda Təhlükəsizlik Şurasının (TŞ) iclası keçirilir.
ENA.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, iclasa baş nazir Nikol Paşinyan sədrlik edir.
İclasda prezident Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Semonyan və hakim "İctimai Müqavilə" Partiyasının fraksiya üzvləri də iştirak edirlər.
Təhlükəsizlik Şurasının toplantısında regiondakı hərbi-siyasi məsələlərin müzakirə olunduğu qeyd edilib.