Türkiyə ilə Yunanıstan arasında gizli görüş keçirildiyi deyilir
Brüsseldə Yunanıstanın Baş naziri Anne-Mariya Bura ilə Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın arasında gizli görüş keçirilib.
Bu barədə newsbreak.gr portalı məlumat yayıb.
Məlumata görə, görüş “son dərəcə məxfi şəraitdə”, Almaniya kansleri Olaf Şoltsun diplomatik müşaviri Yens Pletnerin iştirakı ilə baş tutub.
Görüşdə tərəflərin ikitərəfli münasibətləri bərpa etmək üçün bir-birinin niyyətlərini öyrənməyə çalışdığı bildirilib.