Ağdam rayonunda avtovağzal tikilir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs “Abicon” MMC ilə müqavilə bağlayıb.
ENA.az xəbər verir ki, müqavilədə Ağdam rayonunda avtovağzalın tikintisinin layihə smeta sənədlərinin hazırlanması işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 465 510 manatdır.
Xatırladaq ki, “Abicon” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Amin Seyfullayevdir.