Xankəndiyə qaz verilişi bərpa olundu
Qarabağ ermənilərinə verilən qaz təchizatı bərpa edilib.
ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə separatçıların “dövlət naziri” Ruben Vardanyan bildirib.
Ermənilər iddia edirdilər ki, Xankəndiyə verilən mavi yanacaq son günlər azərbaycanlı ekofəalların Laçın yolunda keçirdikləri aksiya fonunda rəsmi Bakı tərəfindən dayandırılıb.
"Azəriqaz" isə bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə təbii qazın Azərbaycan tərəfindən kəsilməsi ilə bağlı açıqlamalar feykdir.