Bayden növbəti pandemiya barədə xəbərdarlıq edib

ABŞ Prezidenti Co Bayden bəşəriyyətin növbəti pandemiya ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
ENA.az xəbər verir ki, bu barədə Bayden Vaşinqtonda keçirilən ABŞ-Afrika Sammitində deyib.
“COVID-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa və səhiyyə xidmətinə universal çıxışı təmin etmək üçün səyləri gücləndirməyə davam edirik”, - Bayden çıxışında bildirib.
Prezident qeyd edib ki, hakimiyyət bütün bunları yeni pandemiyaya hazırlaşmaq üçün edir: “Bu, şübhəsiz ki, olacaq”.
Daha əvvəl “Microsoft”un yaradıcısı Bill Qeyts demişdi ki, bəşəriyyəti yaxın 20 ildə 50 faiz ehtimalla yeni pandemiya gözləyir.