MALİYYƏ

Ermənistan parlamenti müxalifətin Azərbaycanla bağlı bəyanatını RƏDD ETDİ

Ermənistan parlamenti bugünkü iclasında müxalifətin Azərbaycanın hərəkətlərini pisləyən bəyanat layihəsini rədd edib. Əvəzində hakim “Mülki müqavilə” fraksiyasının təklif etdiyi variant qəbul edilib.

ENA.az xəbər verir ki, bu barədə jurnalistıərə parlamentin “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib.

O deyib ki, “Mülki müqavilə” fraksiyasının təklifi ilə qəbul edilən bəyanatın mətni heç nə demir, dişsiz bəyanatdır. Ohanyan müxalifət deputatlarının tezliklə başlayacaq növbədənkənar sessiyada iştirak edib-etməyəcəyini söyləməkdə çətinlik çəkib. Deyib ki, bunu öz aralarında müzakirə edəcəklər.

Ermənistan Milli Məclisinin növbədənkənar iclası saat bu gün saat 14:00-dan sonraya təyin edilib.

Hakim “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan bildirib ki, bugünkü iclasda həm müxalifətin, həm də onların bəyanat layihələri müzakirə olunub, lakin razılığa gəlməyiblər.

Onun sözlərinə görə, mətnlərlə bağlı ortaq məxrəc olduğu üçün hər iki layihə səsə qoyulub və müxalifətin təqdim etdiyi bəyanat layihəsi  rədd edilib.

Konjoryan konkret hansı məqamlarla razılaşmadıqlarını açıqlamayıb, sadəcə qeyd edib ki, parlamentin  bəyanatı Ermənistan hakimiyyətinin apardığı xarici siyasətə uyğun olmalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)