Elm və Texnologiya

“Instagram”da yeni funksiyalar istifadəyə verilib

“Instagram” sosial şəbəkəsi yeni funksiyalar təqdim edib. Onlar arasında “Notes”, “Candid Stories” və qrup hesablar əsas yer alır. ENA.az “VC.ru”ya istinadən xəbər verir ki, yaxın zamanda yeniliklərin bütün istifadəçilər üçün əlçatan olması gözlənilir.

“Notes” – 60 simvoldan ibarət olan qısa mesajlardır. Onlar 24 saat ərzində “Direct” qutusunun yuxarı hissəsində görünəcək. “Notes”lara verilən bütün cavablar isə avtomatik “Direct” bölməsinə gələcək.

download 1 1

“Candid Stories” – bu funksiya istifadəçilərə real vaxt rejimində şəkillər paylaşmağa imkan verəcək. Belə “Hekayələr”i yalnız eyni kontent paylaşan istifadəçilər görəcək.

download 2

Eyni zamanda, sosial şəbəkə qrup hesablar funksiyasını test edir. Onun köməyi ilə paylaşımları dostlarla birgə yaratdığınız hesabda etmək mümkün olacaq. Orada paylaşılan kontent yalnız qrup iştirakçıları üçün əlçatan olacaq. Hələki bütün yeniliklər Kanada, Çili və Tayvanda əlçatandır, “WSJ” yazır.

download 4

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)