Rəsmi

Zakir Həsənova yeni müavin TƏYİN EDİLDİ

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub.

Bu barədə ENA.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.

Məlumata görə, 36 yaşlı Aqil Qurbanov əvvəllər “PASHA Holding” MMC-yə daxil olan “PASHA İnvestments” MMC-də çalışıb. Daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edib. Daha sonra Prezidentin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)