ABŞ nüvə sintezində çoxdan gözlənilən irəliləyişə nail olub
ABŞ Energetika Nazirliyi çərşənbə axşamı Milli Laboratoriyanın alimlərinin nüvə sintezində irəliləyiş əldə etdiklərini açıqlayacaq.
Bu barədə Reuters məlumat yayıb.
Bildirilib ki, Günəşdə və ulduzlarda baş verən bu proses bir gün ucuz elektrik mənbəyinə çevrilə bilər.
Kaliforniyadakı “Lawrence Livermore” Milli Laboratoriyasının elm adamları lazerin köməyi ilə füzyon təcrübəsində ilk xalis enerji alınmasına nail olublar.
Nəticələr ən azı 1930-cu illərdən bəri davam edən elmi araşdırmalarda bir mərhələ olsa da mühüm bir məqama toxunulub. Kommersiya məqsədləri üçün elektrik enerjisi istehsal edən bir prosesi yaratmaq üçün reaksiyaya gedən enerjinin ondan alınan enerjiyə nisbəti təxminən 100 dəfə çox olmalıdır.
“Fusion” iki atomun nüvələri 100 milyon dərəcə Selsi (180 milyon Fahrenheit) və ya daha çox həddindən artıq istiliyə məruz qaldıqda baş verir ki, bu da onların yeni daha böyük atoma birləşməsinə səbəb olur və böyük miqdarda enerji buraxır.