Elm və Texnologiya

“YouTube”a bu videoları yükləmək olmayacaq: YENİ QADAĞALAR

“YouTube”a əlavə edilən kontenin siyahısında dəyişiklik edilib. Belə ki, yeniliyə görə, bundan sonra, platformaya insan həyatı və sağlamlığına ziyan vura bilcəcək, özündə təhlükəli çağırış ehtiva edən və qanunsuz hərəkətlərin olduğu eləcə də, onları şoka salan oyun və tapşırıqlardan ibarət kontent çarxlar yüklənə bilməyəcək.

"BI" xəbər verir ki, bu barədə RBK nəşri yazıb.

Videohostinq belə videolara nümunə gətirir. Məsələn, oyunlar: insanlar belə kontentə baxdıqdan sonra düşünür ki, təhlükə onları hədələyir. Tapşırıqlar: onların icrası ciddi tramvalara səbəb ola bilər. Və uşaqları şoka sala biləcək oyunlar qadağa siyahısına daxil edilib.

Şirkət uşaqların müdafiəsi üçün videolara yaş məhdudiyyətini də tətbiq edəcək. Belə ki, belə videolarda böyüklər insan həyatını və sağlamlığını təhlükəyə ata biləcək hərəkətlər edirlər. Bundan başqa, “YouTube” administrasiyası buna nümunə kimi 2015-ci ildə platformaya yüklənən “Tide Pods Challenge”i göstərir. Belə ki, bu videoda insanlar “Tide”ın yucucu kapsul vasitəsinindən yemək hazırlayır və yeyirdilər.

Videohostinq, həmçinin qara siyahıya düşən mal və xidmətlərdən istifadə olunmasına da qadağa qoyur. Məsələn, onlayn-kazino da qara siyahıya daxil edilib.

Şirkət əlavə edib ki, platformaya maarifləndirici, təhsil, sənədli, elmi çarxlar yükləmək olar. Yuxarıda sadalanan məzmunda olan video çarxlar təhlükəli kontentə fokuslanmır.

Qeyd edək ki, təhlükəli məzmunda video kontent yüklənən zaman platforma onu siləcək, daha sonra kanalın sahibinə xəbərdarlıq göndəriləcək. “YouTube” administrasiyasının üçüncü xəbərdarlığından sonra, əgər yenə də kanalın sahibi belə məzmunda video yükləməyə davam edəcəksə, bu halda kanalın sahibi də bloklanacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)