Səudiyyə Ərəbistanında hündürlüyü iki km olan göydələn tikiləcək
Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) dünyada ən hündür binadan – BƏƏ-nin Dubay şəhərindəki 828 metrlik “Burj Khalifa”dan iki dəfədən çox hündür olan göydələn ucaltmaq niyyətindədir.
ENA.az xəbər verir ki, bu barədə “Middle East Business Intelligence” dərgisi məlumat yayıb.
Bildirilib ki, PIF Ər-Riyadın şimalında sahəsi 18 kvadratkilometr, hündürlüyü 2 kilometr olan bina tikilməsi planını nəzərdən keçirir. Podratçılar layihənin dəyərini təxminən 5 milyard dollar məbləğində qiymətləndirir. Hazırda bir milyon dollar ödənişlə tender keçirilir. Müsabiqədə iştirak edən podratçılar arasında Amerikanın “Skidmore”, “Owings & Merrill”, “Adrian Smith & Gordon Gill Architecture”, “Kohn Pedersen Fox и Gensler”, “10Design”, fransız şirkətinə daxil olan “Egis” və Dubayın “Killa Design” şirkətləri iştirak edir.
Məlumata görə, 2022-ci ilin noyabrında krallığın şimal-qərbində uzunluğu 120 km və hündürlüyü 490 metr olan “Mirror Line” meqapolisinin tikintisinə başlanılıb.
Hazırda ölkədə ən hündür bina Məkkədə Abrac əl-Beit binalar kompleksinin bir hissəsi olan Kral Saat Qülləsidir. Onun hündürlüyü 601 metrdir.