Himayəçilik Şurasının yeni tərkibi təsdiqləndi
Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibinin təsdiqi və “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 657 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
ENA.az zxəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilib:
Abdullayev Kamal Mehdi oğlu
Əbdüləziz bin Osman əl-Tüveycri
Əliyeva Fərəh Şirməmməd qızı
Əliyeva Leyla İlham qızı
Əli-zadə Firəngiz Əli Ağa qızı
Həbibbəyli İsa Əkbər oğlu
Koiçiro Matsuura
Şarovski Aleksandr Yakovleviç
Vəlixanova Nailə Məmmədəli qızı
Zabelin Mixail Yuryeviç.