Qarabağ

Ermənistan sülhməramlıların ailələrini Qarabağa köçürməyi təklif edib

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin ailələrinin də Qarabağa yerləşdirilməsi təklif edilib.

Bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Qarabağdakı erməni separatçılarının “rəhbəri” Arayik Arutyunyan bölgədə olan 1500 sülhməramlının burada daha dərindən məskunlaşması üçün onların ailələrinin də köçürülməsi üçün əlindən gələni edir.

“Əldə etdiyimiz məlumata görə, Arutyunyan bu məsələ ilə bağlı Rusiyanın yuxarı instansiyalarına müraciət edib və rusiyalı sülhməramlıların ailə üzvlərinin köçürülməsinin təşkil olunacağına dair onlardan təminat alıb”, – deyə məlumatda qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)