"Rabitəbank"ın səhmdarları dividendlərin ödənilməsini müzakirə etmək üçün toplaşacaqlar
"Rabitəbank ASC"nin səhmdarlarının ümumi yığıncağı 27 yanvar 2023-cü il tarixində keçiriləcək.
Bankın açıqlamasında deyilir: “Səhmdarlar bankın 2022-ci il üzrə balansı, mənfəət və zərəri haqqında maliyyə hesabatını, təftiş komissiyasının hesabatını təsdiq etməli, səhmdarlara dividendlərin və bankın rəhbər işçilərinə illik mükafatların ödənilməsini müzakirə edəcəklər”.
Bundan əlavə, səhmdarlar bankın fəaliyyəti ilə bağlı təşkilati və cari məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, "Rabitəbank" ASC 1993-cü ildə yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanda 8-ci bankdır. Bankın səhmdarları 13 fiziki şəxsdir.