Səudiyyə Ərəbistanı Pakistana maliyyə yardımı edəcək
“Səudiyyə Ərəbistanı Pakistana maliyyə yardımı edəcək”.
ENA.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cədaan bildirib.
Onun sözlərinə görə, Səudiyyə hökuməti Pakistana mümkün olduğu qədər dəstəyini davam etdirəcək:
“Krallıq müttəfiqləri ilə əlaqələri gücləndirməyə çalışaraq region ölkələrinə maliyyə dəstəyi göstərmək üçün bir sıra addımlar atıb. Valyuta ehtiyatlarını artırmaq və Pakistana bu ayın əvvəlində koronavirus pandemiyasının iqtisadi təsirini aradan qaldırmağa kömək etmək üçün 3 milyard dollarlıq əmanətin müddətini uzadıb”.
Nazir əlavə edib ki, Səudiyyə Ərəbistanı Misirə daha çox sərmayə qoymağı və Türkiyədə sövdələşmələrə başlamağı planlaşdırır:
Türkiyə ilə əlaqələrimiz xeyli yaxşılaşır və ümid edirik ki, investisiya imkanlarımız olacaq. Biz Misirə aktiv şəkildə sərmayə qoymağa başlamışıq və investisiya imkanları axtarmağa davam edəcəyik və bu, depozitlərdən daha vacibdir. Depozitlər geri götürülə bilər, lakin investisiyalar qalır”.