Gündəm

Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

Bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor Valeh Abdullayev idarənin rəisi vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)