Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 2 milyard dolları ötüb
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 3 milyard 620 milyon 675,4 min manat təşkil edib ki, bu da 2021-ci ilin 9 ayının göstəricisindən 45,7% çoxdur. Cari məzənnə ilə bu, 2,1 milyard dollar deməkdir.
Hava nəqliyyatı ilə yüklərin daşınmasından əldə olunan gəlir 2 milyard 767 milyon 82,5 min manat (cari məzənnə ilə 1,6 milyard ABŞ dolları) təşkil edib ki, bu da 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 31,5% çoxdur. Eyni zamanda, bu gəlirlərin əsas həcmi -2 milyard 766 milyon 492,5 min manatı (artım 31,5 faiz) beynəlxalq yük daşımalarının, qalan hissəsi isə 590 min manatı ölkədaxili (artım 60 faiz) yük daşımalarının payına düşüb.
Hava nəqliyyatı ilə sərnişin daşınmasından əldə olunan gəlir 853 milyon 592,9 min manat (cari məzənnə ilə - 502 milyon dollar) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Eyni zamanda, gəlirlərin əsas hissəsi beynəlxalq sərnişin daşımalarının payına düşüb - 802 milyon 308,4 min manat (artım 2,2 dəfə), daxili nəqliyyatın payı 51 milyon 284,5 min manatdır (artım 2,2 dəfə).
2022-ci ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə yükdaşımaların həcmi 326,5 min ton (azalma 8,2%), sərnişindaşımaların həcmi 1 milyon 656,6 min nəfər (artım 2,1 dəfə) təşkil edib.
2021-ci ildə Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından 3 milyard 240 milyon 291,2 min manat (2020-ci illə müqayisədə artım 20,4 faiz), sərnişin daşınmasından 635 milyon 109,8 min manat (artım 85 faiz) gəlir əldə olunub.