Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya bazarlarında neft qiymətləri artmaqda davam edir.
ENA.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin fevral müqaviləsinin dəyəri 0,39% artaraq, 1 barelə görə 83 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,38% artaraq, 77,22 dollara çatıb.