“Bakı Metropoliteni”nin nizamnamə kapitalı artırılıb
Bakı şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi Bakı Metrosunun nizamnamə (səhm) kapitalı 2.6 milyard manata çatdırılıb.
Məlumata görə, dövlətə məxsus olan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 809 687 629 manat, yaxud 45.72% artırılmaqla 2 580 638 397 manata çatdırılıb.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən hər il subsidiya ayrılır.
Subsidiya illər üzrə,
2019: 41 000 000 manat
2020: 40 000 000 manat
2021: 39 167 500 manat
2022: 51 916 000 manat
“Bakı Metropoliteni” digər dövlət şirkətlərindən fərqli olaraq hələ də 2021-ci il üzrə maliyyə hesabatını açıqlamayıb. Lakin, 2020-ci ildə onun xalis zərəri 83.54 mln manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 51.6% çox idi.
2021-ci il yanvarın 1-nə cəmiyyətin bölüşdürülməmiş ümumi zərəri 565.24 mln manat məbləğində qiymətləndirilir.