Lavrov: “ATƏT-in Minsk qrupunu Fransa və ABŞ “dəfn etdi
![](https://ena.az/uploads/news/2022-12/_ena_3eeb134b959b02c36af1169e8_o.jpg)
“ATƏT-in Minsk qrupunu Fransa və ABŞ “dəfn etdi”, Rusiyanın bu məsələyə heç bir aidiyyatı yoxdur”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
“ATƏT-in Minsk qrupu bir vaxtlar yaradılanda məqsəd bölgədə təsir gücünə malik olan, rəsmi İrəvana və Bakıya siqnal göndərə biləcək dövlətləri birləşdirmək idi. Həmin vaxt Rusiya və ABŞ-ın həmsədrliyi ilə işləmək barədə razılıq əldə olunmuşdu, daha sonra Fransa da bu ikiliyə qatıldı”, – Rusiya xarici işlər naziri deyib.