Bank

Bank sektorunda 10 aylıq rəqəmlər nəyi göstərir?

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 31 dekabr 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin cəmi aktivləri 44 milyard 660,7 milyon manat təşkil edib. 31 dekabr 2021-ci il tarixinə Azərbaycanda bankların aktivlərinin 38 milyard 462,2 milyon manat olduöunu nəzərə alsaq, 2022-ci ilin yanvar-oktyabr aylarında 16,1% artım baş verib. Yalnız oktyabrda bankların aktivləri 2,3% və ya 1 milyard 27,3 milyon manat artıb.

Bu dövrə bankların kredit portfeli 19 milyard 470,8 milyon manatdır, yəni 10 ayda 16,9% artıb. Bankların ümumi kapitallaşması isə 9,3% artaraq 5 milyard 430 milyon manat təşkil edir.

Bankların öhdəliklərində böyümə  17,1% olub və 39 milyard 230,7 milyon manatdır. Azərbaycan Mərkəzi Bankına bankların borcları 268,6 milyon manatdır, bu ilin 10 ayında 15,8% səviyyəsində azalma baş verib. Depozit portfelinin həcmi 32 milyard 192,1 milyon manatdır və bu o deməkdir ki, artım 19,5 faiz olub. Əhalinin əmanətləri 24,6% artaraq 11 milyard 256,6 milyon manata çatıb. 

Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında bankların məcmu xalis mənfəəti 769,9 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 35% artım deməkdir. 

Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 211,5 milyon manat (artım 27,7 faiz), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 795,6 milyon manat (artım 28,8 faiz) olub. Bankların qeyri-faiz gəlirləri 971,2 milyon manat (artım 38,3%) qeydə alınıb. 

Bankların faiz xərcləri 528,7 milyon manat (artım 18%), o cümlədən depozitlər üzrə 367,6 milyon manat (artım 24%) təşkil edib.

Bankların qeyri-faiz xərcləri 1 milyard 495,7 milyon manat (artım 31%) olub.

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 1 milyard 116,7 milyon manat (artım 37,8%) təşkil edib.

Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 947,9 milyon manat (artım 39,4 faiz), mənfəət vergisi ödənişləri 178 milyon manat (artım 62,1 faiz) səviyyəsində qiymətləndirilir.

31 oktyabr 2022-ci il tarixinə Azərbaycanda 26 bank, o cümlədən 12 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.

Ümumilikdə bankların 483 filialı (2021-ci ilin sonu ilə müqayisədə 2,1% artım) və 94 filialı (2021-ci ilin sonuna 97 idi) var.

Azərbaycanın bank sektorunda 22 302 min nəfər çalışır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)