Gündəm

Azərbaycan, Türkiyə və Türkmənistan liderləri görüşəcək

Azərbaycan, Türkmənistan və Türkiyə prezidentləri Türkmənistanın Avaza şəhərində görüşəcəklər.

ENA.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı Reşit Meredov ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Nazirin sözlərinə görə, hazırda Avazada keçiriləcək üçtərəfli zirvə görüşü ilə bağlı hazırlıq işləri görülür. Həmçinin prezidentlərin görüşündən bir gün əvvəl nazirlər səviyyəsində də görüşün olacağı və sənədlərin imzalanacağı vurğulanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)