Bank

Fiziki şəxslərin valyutada əmanətləri azalıb

2022-ci ilin sentyabr ayının sonuna Azərbaycanda fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin banklardakı əmanətləri üzrə dollarlaşmanın səviyyəsi 45% səviyyəsində qiymətləndirilir. 

Azərbaycan Mərkəzi Bankınım məlumatına görə, 2022-ci ilin birinci rübünün yekunlarına görə, bu göstərici 46,4 faiz, birinci yarımillikdə 46 faiz təşkil edib. Xatırladaq ki, 2021-ci ilin sonunda bu rəqəm 45,4% idi. 

2022-ci ilin sentyabr ayının sonuna hüquqi şəxslərin xarici valyutada depozitlərinin xüsusi çəkisi 53,2%-dir. 2022-ci ilin birinci yarısının sonunda isə 54,4% təşkil edib. 

Fiziki şəxslərin xarici valyutada əmanətləri üzrə bu ilin yanvar-sentyabr aylarında dollarlaşma səviyyəsi 39,2%-dir, 2021-ci ilin sonunda - 41% olub. 

Azərbaycan Mərkəzi Bankı qeyd edir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında əhalinin əmanətləri (qeyri-rezident fiziki şəxslərin depozitləri istisna olmaqla) üzrə dollarlaşma 4,7 faiz bəndi azalaraq 35,9%-ə düşüb.

Əvvəllər bildirildiyi kimi, 2021-ci ildə xarici valyutada depozitlərin və əmanətlərin xüsusi çəkisi 2,8 faiz azalaraq 45,4%-ə enib. 30 sentyabr 2022-ci il tarixinə Azərbaycanda banklardakı əmanət və depozitlərin həcmi 33 milyard 957 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 17% çoxdur. Bununla yanaşı, fiziki şəxslərin əmanətləri 11 milyard 225,7 milyon manat (artım 21,5%) qiymətləndirilir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)