MALİYYƏ

Nazir büdcənin əsas xərclərini açıqladı

2023-cü ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş əsas inkişaf prioritetlərinin və dövlətin əsas funksiyalarının, o cümlədən müdafiə və təhlükəsizlik, dövlət borcuna xidmət, sahibkarlığın inkişafı, aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə xərclərin maliyyələşdirilməsini təmin edəcək.

ENA.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bildirib ki, 33 milyard 300 milyon manat məbləğində nəzərdə tutulan büdcə xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək.

Onun sözlərinə görə, əsaslı xərclərin 3 milyard manatı işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə, Böyük Qayıdışın təmin edilməsinə, infrastrukturun qurulmasına və digər tədbirlərə yönəldiləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)