Gündəm

Krımda kamikadze dronlarını idarə etməyi öyrədən iranlılar öldürülüb

Krımda “Şahed-136” kamikadze dronlarını idarə etməyi öyrədən iranlılar öldürülüb.

Bu bardə Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov bildirib.

Danilovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Krımda ruslara “Şahed-136” pilotsuz təyyarələrini idarə etməkdə kömək edən iranlıları öldürüb.

Bundan əvvəl İsrail mətbuatı Krımda 10-a yaxın iranlının öldürüldüyü barədə məlumat vermişdi.

“Onlar bizim ərazimizdə idilər. Biz onları bura dəvət etməmişik və əgər onlar terrorçularla əməkdaşlıq edib millətimizin məhvində iştirak edirlərsə, biz onları öldürməliyik”, – deyə Danilov bildirib.

Oktyabrın 20-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, iranlı təlimatçılar pilotsuz uçuş aparatlarından istifadə etmək üçün Rusiya Federasiyası ərazisinə gəliblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)