Gündəm

Prezidentin yeni köməkçisi kimdir? - Dosye+Fotolar

Xəbər verdiyimiz kimi, Andrey Sipilin Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin olunub.

ENA.az Andrey Sipilinin əvvəlki iş fəaliyyəti ilə bağlı kiçik araşdırma aparıb.

Məlum olub ki, Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

2001-ci ildə Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib.

Əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

Prezidentin köməkçisi Andrey Sipilin Ali Məhkəmənin hakimi milliyyətcə yəhudi olan Tatyana Qoldmanın yeganə övladıdır. T. Qoldmanın atası isə məşhur memar olub. 

 


Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)