Gündəm

Ukraynaya 18 milyard avro yardım ayrılacaq

Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının 2023-cü ildə Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımı ayırması planını dəstəkləyiblər.

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi saytı məlumat yayıb.

Parlamentarilər hesab edirlər ki, bu məbləğ Ukraynanın əsas dövlət xidmətlərinin göstərilməsi və kritik infrastrukturun bərpası üçün aylıq ehtiyaclarının bir hissəsini ödəməyə kömək edəcək.

Dəstək paketi gələn ilin əvvəlindən müntəzəm hissələrlə kreditlər şəklində veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)