Dünya birjalarında - NEFTİN QİYMƏTİ
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 0,21% azalaraq, 1 barelə görə 85,23 dollar təşkil edib.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,1% azalaraq, 77,86 dollara bərabər olub.