Gündəm

Restoranda depozit tələb olunması qanunidir yoxsa qanunsuzdur?

“Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, eyni zamanda beynəlxalq təcrübəyə uyğun olaraq, ümumiyyətlə, depozit məbləğinin tutulmasını qadağan edən hər hansı normativ hüquqi sənəd yoxdur.

Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Roman Qaraşov ictimai iaşə obyektlərində depozitin tələb olunması ilə bağlı açıqlamasında deyib.

Roman Qaraşov bildirib ki, öz ticarət və xidmət qaydalarını müəyyən etmək sahibkarın hüququdur. Sahibkar hansısa masaya və ya kabinetə görə hansı ödənişlərin ediləcəyi barədə istehlakçıya əvvəlcədən məlumat verməlidir. Yəni, ödəniş edilərkən deyil, istehlakçı həmin müəssisə barəsində istər telefon danışıqları zamanı, istər müəssisəyə yaxınlaşdığı zaman əvvəlcədən bütün məlumatlar sahibkar tərəfindən verilməlidir. Sahibkar məbləğin nəyə görə tutulduğunu, əlavə ödənişlərin nə üçün tutulduğunu izah etməlidir. İstehlakçının isə sərbəst seçim hüququ var. Bu zaman həmin xidmətdən istifadə edib etməmək tamamilə istehlakçının iradəsindən asılıdır.("Azərbaycan iqtisadiyyatı" teleqram kanalı)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)