Avtomobil

"Mercedes-Benz" akkumlyator istehsalına başlayır

“Daimler”ə məxsus “Mercedes-Benz Cars” şirkəti Polşanın Yavor şəhərindəki zavodda elektromobillər üçün akkumlyator batareyası istehsalına başlayacaq.

"BI" xarici mediya istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moraveçkiy açıqlama verib.

“Daimler” artıq bu şəhərdə zavodun inşasına başlayıb və burada avotmobil mühərrikləri istehsal ediləcək.

2030-cu ilə qədər şirkət 20 mlrd. avro dəyərində akkumlyator batareyası almağı planlaşdırıb ki, bu da “Daimler”in hibrid avtomobil və elektromobil istehsalına başlayacağı ilə bağlıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)