Bank

5 bankın 9 aylıq faiz gəlirləri 100 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri 100 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (445 milyon 345 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (402 milyon 736 min manat), “PAŞA Bank” (223 milyon 918 min manat),  “Unibank” (117 milyon 460 min manat) ASC-lər və “Access Bank” QSC-dir (100 milyon 264 min manat).

Qalan 21 bankdan 18-də faiz gəlirləri 10-100 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan az olub. 

4 bankın faiz gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunlar “Premium Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma Pakistan bankında (24,4%), ən az azalma isə İran bankında (1,1%) qeydə alınıb.

Qalan 22 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank Respublika” ASC-də (56,5%), ən aşağı dinamika isə “AFB Bank” ASC-də (3,2%) qeydə alınıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)