Sosial iqtisadiyyat

Nazir: “Ağıllı kənd" və "Ağıllı şəhər"lər yaxın 5 ildə dünyada 2,5 trilyon dollar iqtisadi dəyər yaradacaq”

“Aparılmış hesablamalara görə, yaxın ildə dünyada "Ağıllı kənd" və "Ağıllı şəhər"lərin yaradacağı əlavə iqtisadi dəyər 2,5 trilyon ABŞ dolları olacaq".

ENA.az xəbər verir ki, bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

“Prezident İlham Əliyev “Ağıllı kənd” konsepsiyası ilə bağlı nazirliyə xüsusi tapşırıq verib. Konsepsiya hazırlanarkən konkret kontekstə baxılmalıdır. Biz hesab edirik, konsepsiya hazırlanarkən 3 filtrdən keçməlidir. Onlardan birincisi səmərəlilik və zərurilikdir. Ola bilər ki, həmin layihə Gəncədə bir cür, digər şəhər və rayonlarda isə başqa cür səmərə versin. İkinci məsələ dayanıqlılıqdır. Yəni, bu qədər dövlət investisiyası yatırılan layihənin nə qədər dayanıqlı olması yoxlanılmalıdır. Üçüncü məsələ həmin layihədən ölkə ekosisteminin nə qazanmasıdır. Məhz bunların tətbiqi bir daha göstərir ki, dövlət başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)