MALİYYƏ

Azərbaycan və Rusiya maliyyə sektorunda əməkdaşlığı müzakirə edib

Maliyyə naziri Samir Şərifov Rusiya hökumətinin nümayəndə heyətinin tərkibində Azərbaycana səfər edən bu ölkənin maliyyə nazirinin müavini Timur Maksimovla görüşüb.

Bu barədə Azərbaycan tərəfi məlumat yayıb.

Məlumata görə, görüşdə maliyyə sahəsində əməkdaşlıq, iki ölkənin maliyyə nazirlikləri arasında qarşılıqlı təcrübə mübadiləsinin təşkili, beynəlxalq maliyyə qurumlarında iştirak və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)