“Twitter” və “Meta”nın ixtisar etdiyi işçiləri “TikTok” işə götürəcək
“TikTok”un işə götürənləri ixtisar olunan bəzi “Twitter” və “Meta” işçilərinə müraciət edərək onları San-Fransisko körfəz bölgəsindəki ofislərinə cəlb ediblər. Mənbələrə görə, şirkət oradakı işçi qüvvəsini təxminən iki dəfə artıraraq 2 min nəfərə çatdırmağı planlaşdırır.
ENA.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Şirkətin həmçinin Los-Anceles və Nyu-Yorkda, London və Dublində də böyük ofisləri var. Ümumilikdə, “TikTok”a sahib olan Çinin “ByteDance” şirkətində dünya üzrə 150 minə yaxşı işçi çalışır.
Xatırladaq ki, cari ilin noyabr ayında beynəlxalq İT şirkətlərində kütləvi ixtisarlar olub. “Twitter” işçilərinin 50%-ni, “Meta” 13%-ni, “Amazon” isə 10 min işçini işdən çıxarıb.