İsveç Türkiyə tərəfindən NATO-ya üzvlüyünün təsdiqlənməsi üçün konstitusiyasına dəyişiklik etdi
İsveç Türkiyənin ölkənin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün öz konstitusiyasına dəyişiklik edir.
Bu barədə məlumatı “Euronews” yayıb.
Məlumata görə, İsveç parlamenti terrorla daha sərt mübarizə tədbirləri üçün konstitusiyaya dəyişikliklər qəbul edib.
Bildirilir ki, bu, İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin əsas tələbi idi.