Qarabağ

Paşinyan: "Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər verib"

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlardakı son vəziyyət barədə danışıb.

ENA.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, baş nazir “parlament saatı”nda bildirib ki, Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini Vaşinqtonda təqdim edib.

“Vaşinqtonda Ermənistan Respublikası Azərbaycan tərəfinə sülh müqaviləsi ilə bağlı təkliflərini çatdırıb. Azərbaycanın reaksiyasını gözləyirik. Lakin reaksiya nöqteyi-nəzərindən müəyyən gərginlik tendensiyalarını görürük, bu gərginlik də konkret hadisələr və situasiyalarla bağlıdır”, - deyə baş nazir bildirib.

O vurğulayıb ki, Ermənistan Respublikasının mövqeyi bəllidir: Azərbaycan qoşunları sərhəd ərazilərindən 2021-ci il mayın 11-dək mövcud olan mövqelərə çəkilməlidir.

“Əslində beynəlxalq ictimaiyyət bizim bu mövqeyimizi dəstəkləyir. Ümid edirik ki, KTMT də bizim mövqeyimizi dəstəkləyəcək”, - Paşinyan bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)