Ərdoğan: "Rusiyanın açıqlamasına hörmət etməliyəm”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Polşaya düşən raketlərlə bağlı jurnalistlərin sualına cavab verib.
ENA.az xəbər verir ki, Ərdoğan "Rusiyanın açıqlamasına hörmət etməliyəm” deyib:
“Rusiyanın "Bu işin bizimlə heç bir əlaqəsi yoxdur" deməsi bizim üçün vacibdir. Baydenin raketlərin Rusiya istehsalı olmadığını deməsi onların Rusiya ilə heç bir əlaqəsi olmadığını göstərir. Məsələnin araşdırılması vacibdir”.
Qeyd edək ki, dünən axşam saatlarında Polşanın Ukrayna ilə sərhədindəki kəndə raket atılıb və 2 dinc sakin həlak olub.
ABŞ-dan verilən yeni açıqlamada raketin Kiyevin Rusiya raketlərini vurmaq üçün atdığı raketlərdən biri olduğu bildirilib.