“YouTube”a yeni funksiya əlavə olunub
“YouTube”a yeni funksiya əlavə olunub – artıq “Shorts” videolarında alış-veriş etmək mümkün olacaq. Məlumata görə, hələki yenilik yalnız ABŞ, Hindistan, Braziliya, Kanada və Avstraliyada əlçatandır.
ENA.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Bundan əlavə, şirkət bəzi blogerlələ “tərəfdaşlıq marketinq” funksiyasını test edir, hansı ki “Shorts” videolarında referal linklərin yerləşdirilməsinə görə mükafatlandırma sisteminin tətbiq edilməsini nəzərdə tutur.
2022-ci ilin sentyabrında “YouTube” açıqlama verib. Platforma “Shorts” videolardan əldə edilən gəlirin 45%-ni müəlliflərə verəcəyini deyib. Bu ilin oktyabrında “Alphabet” reklam gəlirlərinin 2020-ci ildən ilk dəfə düşdüyünü bildirib.