Oleq İvaniyçuk, AccessBank-ın Müşahidə Şurasının sədri ilə müsahibə
- Cənab İvaniyçuk, AccessBank-da Müşahidə Şurasına rəhbərlik etmək sizin üçün nə ifadə edir?
- Bu mənim üçün şərəf, imtiyaz və məsuliyyətdir. Çətin günlərdə bu komanda, rəhbərlik, Müşahidə Şurası və səhmdarları dəstəkləməkdən, həmçinin Bankı bütün səviyyələrdə təmsil edən əməkdaşlarla işləməkdən qürur duyuram. Bu məsuliyyət məni çox ruhlandırır.
- AccessBank-ın Azərbaycan iqtisadiyyatına təsiri barədə nə düşünürsünüz və bankın ötən illərini necə dəyərləndirərdiniz? Siz rəhbərliyə başlayandan sonra bank mühiti dəyişibmi?
- AccessBank-ın iqtisadiyyata təsiri bir sıra amillərə görə əhəmiyyətlidir. Birincisi, AccessBank sahibkarlara, KOB-lara və fərdi ev təsərrüfatlarına yüksək keyfiyyətli maliyyə xidmətləri göstərir. İkincisi, AccessBank təqdim etdiyi xidmətlərin keyfiyyət və miqyasını artırır. Daha sonra Bank, sektor üçün çoxsaylı ixtisaslı bankirlər yetişdirir. Eyni zamanda korporativ idarəetməsində yüksək standartlar tətbiq edir.
Sualın ikinci hissəsinə gəldikdə isə düşünürəm ki, Bank mühiti artan rəqabətdən və Covid-19 pandemiyasının uğurla dəf edilməsindən sonra daha da gücləndi. Hazırda banklar xidmət səviyyələrini artırıblar və müştərilər, əməkdaşlar və investorların xeyrinə daha da təkmilləşmək, yeniliklər etmək və gələcək əngəlləri aşmaq üçün üstün mövqedədirlər.
- Yaxın 5 ildə AccessBank-dan gözləntiləriniz nədir?
- AccessBank-dan gözləntim əhaliyə daha keyfiyyətli xidmət təklif etməsidir. Həmçinin bankın komandasının daha da peşəkarlaşacağına ümid edirəm. Bankdan növbəti 5 il üçün gözləntim isə müsbət və stabil nəticələr əldə etməsi, güclü və davamlı fəaliyyət göstərməsi və Azərbaycanın bank sektorunda yeniliklərlə töhfə verməsidir.