Gündəm

“Amazon” 10 min işçini ixtisar edəcək

İnternet nəhəngi “Amazon” bu həftədən etibarən təxminən 10 000 nəfəri işdən çıxarmağı planlaşdırır.

Bu barədə “The New York Times“ məlumat yayıb.

Bildirilib ki, bu, şirkət tarixində ən böyük ixtisardır.

Qəzetin anonimlik şərti ilə həmsöhbətləri bildiriblər ki, ixtisarlar əsasən tərtibatçılara eləcə də pərakəndə satış və insan resursları departamentlərinin əməkdaşlarına təsir edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)