Rusiya sovet dövründən qalmış sığınacaqların bərpasına başlayıb
Rusiya sovet dövründən qalmış bomba sığınacaqlarını bərpa etməyə başlayıb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, sığınacaqların yoxlanılması və təmiri hətta Ukrayna ilə həmsərhəd olmayan bölgələrdə də aparılır.
Belə ki, Rusiya dövlət qulluqçuları zirzəmilərdə və digər mühafizə olunan obyektlərdə gizli yoxlamalar apararaq sovet dövründən istifadə olunmayan tikililərin təmiri və təmizlənməsi işlərini yerinə yetirirlər.
Qeyd olunur ki, belə yoxlamalar Ukrayna ilə münaqişənin genişlənəcəyi halda mülki müdafiə infrastrukturunun hazırlanması üçün nəzərdə tutulub.