Türkiyədə inflyasiya rekord həddə çatıb
Türkiyədə illik inflyasiya rekord həddə çatıb.
ENA.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.
Bildirilib ki, istehlak qiymətləri indeksi ötən ilə nisbətdə 85,51%-ə çatıb.
Məlumata görə, bu ilin oktyabr ayında qiymətlər sentyabra nisbətən 3,54% artıb, illik inflyasiya isə 65,26% təşkil edib.
Qeyd edilib ki, istehsalçı qiymətləri indeksi sentyabr ayında ötən ilin eyni dövrünə nisbətən 151,50% artımla yüksəlişini davam etdirib. Aylıq istehsalçı inflyasiyası 4,78 faiz olub.