Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

“Nüvə silahından istifadə Putin üçün fəlakətə çevriləcək”

“Nüvə silahından istifadə Putin üçün fəlakətə çevriləcək”

“Əgər Kremlin rəhbəri Vladimir Putin hər hansı nüvə silahından istifadə barədə göstəriş verərsə, o zaman onu və Rusiya Federasiyasını fəlakətli nəticələr gözləyir”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Böyük yeddilik ilə birlikdə dünya ölkələri Putinə aydın şəkildə bildirirlər ki, nüvə silahından istənilən istifadə onun və Rusiya üçün fəlakətə çevriləcək”, – diplomat vurğulayıb.

Blinken diqqətə çatdırıb ki, G-7 toplantısı zamanı xarici işlər nazirləri Moskvanın kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə edəcəyi təqdirdə “ağır nəticələrə” kollektiv şəkildə söz veriblər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə